Satıcılar üçün

Elan qaydaları

Məcburi olanlar

  1. Real şəkil. Şəkil satdığın malın özünə aid olmalı və təzə çəkilməlidir. İnternetdən götürülmüş şəkil qadağandır.
  2. Dəqiq qiymət. Qiymət məcburidir. "Razılaşarıq" yazmaq mümkün deyil — bütün platforma qiymət müqayisəsi üzərində qurulub.
  3. Düzgün kateqoriya. Bitki bitkidə, buket buketdə olmalıdır.
  4. İşlək nömrə. Alıcı yalnız zəng edə bilir. Nömrə işləmirsə elanın mənası yoxdur.
  5. Düzgün müddət. Malın nə qədər davam edəcəyini bilirsənsə, elanı ondan uzun qoyma.

Qadağan olanlar

  • Gül və bitkidən başqa məhsul satmaq.
  • Eyni malı bir neçə dəfə elan etmək.
  • Başqa saytlara və ya kanallara reklam yerləşdirmək.
  • Aldadıcı köhnə qiymət yazmaq (heç vaxt olmayan endirim).
  • Dəqiq ev ünvanı və ya başqasının nömrəsini yazmaq.
Elan yerləşdirmək pulsuzdur və hazırda heç bir aylıq haqq yoxdur. Gələcəkdə pik günlərdə elanı irəli çıxarmaq üçün ödənişli seçim əlavə oluna bilər — mövcud elanlar isə pulsuz qalacaq.

Qayda pozulanda nə olur

Bir neçə şikayət toplanan elan avtomatik gizlədilir. Təkrarlanan pozuntularda satıcının bütün elanları dayandırılır.

Elan yerləşdirməyə keç